Leyla Yunus MTN təcridxanasına köçrülüb 20 Oktyabr 2014 01:00 Ölkə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Kürdəxanı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb. SDİ-nin eksperti Azad İsazadə "Turan"-a bildirib ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama vermək üçün Kürdəxanı İstintaq Təcridxanasına gedib, lakin administrasiya bildirib ki, o, MTN təcridxanasına köçürülüb. Xatırladaq ki, L.Yunus Kürdəxanı İstintaq Təcridxanasında 2,5 ay qalıb. Onu da qeyd edək ki, L.Yunusun həyat yoldaşı Arif Yunus avqustun əvvəlindən MTN təcridxanasında saxlanılır. Onların hər ikisi vətənə xəyanətdə ittiham olunur. virtualaz.org/ Teqlər : #Leyla Yunus MTN təcridxanasına köçrülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda vaqon məktəblər - FOTO “Avtovağzal” metrostansiyasının açılışı 2015-ci ilə qaldı