Leysan yağışlarda ölənlər var

Pakistanın şimal-qərbində leysan yağışlarda onlarla ölən olub.
 
Milli fəlakətlərin idarəolunması üzrə dövlət rəsmisi Latif ur Rehman deyib ki, aprelin 3-də gecə başlayan yağışlar Xıber Paxtunxva vilayətində daşqınlar törədib.
 
Azı 45 nəfər ölüb, 34 nəfər yaralanıb.
 
Digər bir rəsmi isə 24-dən çox insanın öldüyünü, 40-dək evin dağıldığını bildirir.
 
Pakistanda baharda leysan yağışlar tez-tez dağıntılar törədir.azadliq.org/

Google+ WhatsApp ok.ru