İlin ən qanlı hücumu ilə sarsılan Bağdadda daha iki terror aktı törədildi

Təkfirçi vəhhabi İŞİD terror təşkilatı İraqın paytaxtı Bağdadın Sədr Siti məhəlləsində bu gün səhər həyata keçirdiyi terror aktında şəhid olanların sayı 64-ə yüksəlməsi ilə yanaşı, şəhərdə ən azı 22 nəfərin şəhid olduğu 2 ayrı hücum da baş verib.
 
Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Bağdadda Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Kazimiyyə məhəlləsində baş verən terror hücumunda 18 nəfər şəhid olub, 34 nəfər isə yaralanıb. 7 nəfərin şəhid olduğu, 22 nəfərin yaralandığı digər bir hücum isə Bağdadda sünnilərin sıx yaşadığı Cameədə baş verib.
 
Bu hücumları hələ heç bir qruplaşma üzərinə götürməsə də, hücumu təkfirçi vəhhabi İŞİD terror təşkilatının edəcəyi ehtimal olunur.
 

Google+ WhatsApp ok.ru