Ölkə müxalifəti son həbslərlə bağlı bir araya gəldi- Foto

Ölkənin aparıcı müxalifət partiyaları baş verən son həbslərlə bağlı bir araya gəlib. Musavat.com-un məlumatına görə, müxalifət liderləri KXCP-nin qərargahında toplantı keçirirlər.

Tədbirdə KXCP sədri Mirahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, “Ümid” sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, ALP sədri Əvəz Temirxan və başqaları qatılıb.

Liderlər son günlər hüquq müdafiəçilərinin ard-arda həbs edilməsini müzakirə edəcəklər. Hüquq müdafiəçilərinin müdafiəsinin müxalifət tərəfindən öz üzərinə götürülməsi planlaşdırılır.

KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək bildirdi ki, ölkədə bş verən son həbslər barədə ciddi şəkildə düşünmək lazımdır. O, müxalifətin bu həbslər barədə müzakirə aparıb, vəziyyəti dəyərləndirməyini təklif etdi. M.Mirəlioğlu həmçinin toplantıda iki layihənin müzakirə ediləcəyini diqqətə çatdırdı. musavat /


 

Google+ WhatsApp ok.ru