Ölkəmizdə sərin hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, sentyabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gecə və səhər arabir güclənəcək, gündüz nisbətən mülayimləşəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında sentaybrın 2-də əsasən yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru