Ölkədə kəskin bahalaşma gözlənilir

Ümumiyyətlə, şimal qütbündə soyuma müşahidə edildiyi üçün Azərbaycanda da iqlim dəyişəcək
"Azərbaycanda havanın belə quraq keçməsi kəskin ərzaq qıtlığına, yayda ərzağın bahalaşmasına səbəb olacaq".

Bunu ekologiya üzrə ekspert Telman Zeynalov deyib. Onun sözlərinə görə, "Azərbaycanda quraqlığa səbəb təkcə yağıntıların azlığı deyil. Ermənistan, İranın Araz çayının suyunu kəsməsi də Azərbaycanda quraqlığa səbəb olur", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, quraqlıq zamanı problem yaşanmaması üçün su anbarları yaradılmalıdır ki, yağıntılar zamanı su bu anbarlara toplansın və quraqlıq zamanı suvarmada istifadə edilə bilsin.

Ekspert həmçinin qeyd edib ki, qışda temperaturun tərəddüd etməsi - kəskin soyuqlardan sonra temperaturun qəfildən qalxması insanların səhhətinə də mənfi təsir göstərir. Belə ki, istilərin artması nəticəsində müxtəlif xəstəliklər, epidemiyalar da yayılmağa başlayır.

Telman Zeynalov əlavə edib ki, yanvarın 20-dən etibarən Azərbaycanda havaların soyuması gözlənilir. "Ümumiyyətlə, şimal qütbündə soyuma müşahidə edildiyi üçün Azərbaycanda da iqlim dəyişəcək - hava soyuyacaq. Azərbaycanda da noyabr ayında qar yağıb may ayında əriyəcək", - deyə ekspert əlavə edib. anspress /

Google+ WhatsApp ok.ru