Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, ölkədə hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyunun 24-də axşam, 25-də bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Şahbuz, Naxçıvan, Şərur, Gədəbəy, Ağstafa, Astara, Kəlvəz, Daşkəsən, Tovuzda (1.0-12.0 mm), Xınalıq, Qusarçay-Kuzunda leysan xarakterli olub (15.0 mm).
 
İyunun 24-də saat 16:10-16:25 radələrində Qusarçay-Kuzunda diametri 12 mm olan dolu düşüb.
 

Google+ WhatsApp ok.ru