Ölkədə bahalaşma sürətlənir – RƏSMİ

Ölkədə bahalaşma sürətlənir – RƏSMİ

2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artıb.
 
Maide.Az bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 7,8 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,6 faiz, emal sənayesi üzrə 9,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə isə 2,5 faiz bahalaşmışdır. 
2016-cı ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 4,7 faiz, emal sənayesi üzrə 0,8 faiz bahalaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı; su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməmişdir. Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,7 faiz, metal filizlərinin hasilatı üzrə 0,3 faiz bahalaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri avtomobil və qoşquların istehsalı üzrə 11,0 faiz, toxuculuq sənayesi üzrə 3,1 faiz, neft məhsullarının istehsalı üzrə 1,9 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz bahalaşmış, tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, kimya sənayesi üzrə 3,0 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 2,6 faiz, içki istehsalı üzrə 1,5 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, geyim istehsalı və metallurgiya sənayesi üzrə 0,3 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,2 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Google+ WhatsApp ok.ru