Ölkəyə 150 milyard gəlib, 2.5 milyon əhali borca düşüb

Ölkəyə 150 milyard gəlib, 2.5 milyon əhali borca düşüb

Azadliq.info saytında dərc edilən «Hökumət hansı uğurla öyünür?» sərlövhəli məqalədə 22 il öncə, 1994-cü ildə imzalanmış neft müqavilələrinin nəticəsi müzakirə edilir.
 
Müəllif qeyd edir ki, «Əsrin müqaviləsi» adlandırılan bu layihənin nəticəsində ölkəyə 150 milyard manata yaxın vəsait gəlib. Əvəzində ölkənin xarici borcu durmadan artmaqdadır: ««Əsrin müqaviləsi»ndən o zaman bəh-bəhlə danışmaq olardı ki, neftdən asılı olmayan ölkəmiz, səfalət içində yaşamayan xalqımız olsun».
 
Yazıda vurğulanır ki, ölkə neft asılılığından çıxmayıb. İqtisadi göstəricilər aşağı düşməkdə davam edir. 2.5 milyon nəfər vətəndaşın kredit borcu var, bank sektoru iflic olub, ölkənin adı isə qeyri-azad ölkələr siyahısına düşüb: «Deməli, neft milyardlarından ölkəni irəli aparmağa görə yox, geriyə salmaq üçün istifadə olunub. Dövlətin sərvəti bir qrup adamın şəxsi əmlakına çevrilib, dövlət maraqları şəxslərin marağına qurban verilib».
 
Müəllifin düşüncəsinə görə, hakimiyyət rəsmiləri Allahın bu ölkəyə bəxş etdiyi sərvətlərdən özlərinin varlanması və ölkənin tənəzzülə sürüklənməsindən ötrü istifadə edib: «Xalqa «Əsrin müqaviləsi» ilə təsəlli verənlər xalqı borc müqaviləsi bağlamağa, intihara, səfalətə sürükləyiblər». /

Google+ WhatsApp ok.ru