Ölkədə körpələrə göy cisimləri, planetlərin adları verilir - SİYAHI

Ölkədə körpələrə göy cisimləri, planetlərin adları verilir - SİYAHI

Günəş onların arasında üstünlük təşkil edir
 
Azərbaycanda doğulan körpələrə müxtəlif planet və göy cisimlərinin adları da verilir.
 
"Report"un məlumatına görə, körpələrə Günəş adı daha çox qoyulub. 
 
Belə ki, son beş ildə 684 körpəyə Günəş, 111-nə Ulduz, 83-nə Səyyarə adı qoyulub.
 
Bundan başqa, son beş ildə 105 körpəyə Dünya, 83-nə Dünyamin, 8-nə Venera, 5-nə Kainat adı verilib. 
 
Hətta körpələrə Yerhan, Uran adlarını verənlər də var. Yerin təbii peyki olan Ay özü ad kimi verilməsə də, körpələrə bu sözün istifadəsi ilə yaranan adlar qoyulur. Belə adlardan daha çox qoyulanlar Aylin, Ayan, Ayxan, Aysu, Aydan, Ayla, Aysun, Aytac, Aysel, Aynur, Ayşən, Ayaz, Aytən, Aygün, Aynişan, Aynur, Ayhan, Aytəkin, Aydəniz, Aytək və s. adlardır.
 
Bundan başqa, uşaqlara Günəşnur, Günəşli, Ulduzə, Ulduzxan, Ulduznur, Ulduza, Dünyaxanım, Dünyamalı, Dünyabəyim, Dünyam, Dünyanur, Dünyani, Dünyaməli, Səyyarəxanım və s. adlar da verilib. /

Google+ WhatsApp ok.ru