Ölkə ərazisində hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə zəif duman. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Maide.info xəbər verir ki, ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru