Londonda Qurani-Kərim təhqir edildi/ Sosial şəbəkədə etirazlar yüksəldi

Avropalı anti-islamçılar yeni təhqir növünə keçərək, onlarla cild Qurani-Kərim kitabını su kanalına atıblar.
 
Maide.az xəbər verir ki, anti-islamçılar tərəfindən Londondakı "Queen Mary" Universitetinin yaxınlığında bir su kanalına atılan bu Quranlar həmin kanaldan tapılıb.
 
Anti-islamçıların Qurana qarşı bu təhqirləri sosial şəbəkələrdə bir çox reaksiyalara və etirazlara səbəb olub.
 
Müşahidələr onu göstərir ki, İngiltərə vətəndaşları ölkədə islamofobiya dalğasının artmasından narahatdırlar.
 
Qeyd edək ki, bir neçə gün əvvəl də fransalı gənclər Parisdəki terror aktlarının ardınca anti-islam hərəkətləri ilə, ölkənin küçələrində Qurani-Kərimi yandırmışdılar./
 

Google+ WhatsApp ok.ru