`İlqar Məmmədovla bağlı qərar qətidir`

"3 ay müddətinə Şəki, Nəsimi və Bakı apellyasiya məhkəmələrinin qərarları ləğv olunmalıdır"

 

Avqustun 8-də Azərbaycan Hökuməti həbsdə olan REAL sədri İlqar Məmmədovun Azərbaycana qarşı birinci şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin may ayında qəbul etdiyi qərardan Məhkəmənin Böyük Palatasına şikayət etmişdi. Qaydaya görə bu cür müraciətlərin Böyük Palatanın baxışına verilib-verilməməsi məsələsini 5 hakimdən ibarət kollegiya həll edir. Oktyabrın 13-də kollegiya müraciətə baxaraq, onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Beləliklə, həmin qərar artıq qətidir! Yəni qərar qüvvəyə minib.

 

Məlumatı Meydan TV-yə vəkil Fuad Ağayev verib.

 

Vəkilin sözlərinə görə, 3 ay müddətinə Şəki, Nəsimi və Bakı apellyasiya məhkəmələrinin qərarları ləğv olunmalı və məsələ Azərbaycan Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmalıdır. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv olunmalıdır. /

Google+ WhatsApp ok.ru