M.Vaezi: Azərbaycan və İran birgə poçt markası çap edəcək

M.Vaezi: Azərbaycan və İran birgə poçt markası çap edəcək

Azərbaycan və İran arasında poçt sahəsində əməkdaşlıq üçün geniş potensial var və biz iki ölkənin ərazisindən tranzit olaraq daşınan poçt yüklərində istifadə etmək məqsədi ilə birgə poçt markalarının çapı haqqında razılıq əldə olundu və poçt sahəsində əməkdaşlıqların inkişfına dair digər danışıqlar aprdıq.
 
Bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi bu gün  Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdən sonra Maide.Az-a açıqlamasında bildirib.
 
M.Vaezi deyib ki, çox yaxşı müzakirələrimiz oldu, biz əməkdaşlığımızın müxtəlif sahələrini yenidən gözdər keçirmək imkanı qazandıq.
“Sevindirici haldır ki, bundan öncəki görüşlərimizdə işçi qrup təşkil olunub və bu qrupun Tehran və Bakıda görüşləri keçirilib. Bu günki görüşdə bir neçə sahədə razılıq əldə olundu, onlardan biri  sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi məsələsi idi. Radio tezliklərinin tənzimlənməsi işlərini sürətləndirməyə qərar verdik.  Həmçinin telekommunikasiya və internet sahəsində əməkdaşlıq, internet xidmətləri sahəsində əməkdaşlıq prespektivlərini müzakirə etdik.”
 
O əlavə edib ki, geniş zolaqlı Internet sahəsində Azərbaycan və İran arasında bir-başa əməkdaşlıq etməyə razılaşdıq. “Tədqiqat və inkişaf sahəsində müştərək layihələrin işlənməsi, regional layihələrdə birgə iştirak, kibertəhlükəsizlik, peyk, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq.”
 
M.Vaezi deyib ki, peyk sahəsində gələn il İran və Azərbaycan Kosmik Agentliklərinin nümayəndələrinin  görüşləri nəzərdə tutulub və əməkdaşlıq prespektivləri danışılacaq. 
 
Bu günki görüşdə “Elektron hökumət” modelinin inkişafı üçün təcrübə mübadiləsi,və bu modelin  iki tərəfli və bir neçə tərəfli (Azərbaycan, İran və Rusiya) həyata keçirilməsi haqqında razılıq əldə olundu. 
 
Qeyd edək ki, M.Vaezi bazar ertəsi güün Bakıya səfər edib. 
 
M.Vaezi prezident Ruhaninin səfərinə hazırlıq və eləcə də iki ölkə arasında imzalanacaq iqtisadi sənədlərin hazırlanması ilə bağlı Bakıya səfər edəcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də baş tutacağını bildirib.

 

Google+ WhatsApp ok.ru