Məktubların mətni (FOTO)

Ermənistan tərədindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun məktubu bu gün BQXK-nın Bərdə ofisinin nümayəndələri tərəfindən ailə üzvlərinə təqdim edilib.

ANS-in bölgə müxbirinin verdiyi Şahbaz Quliyevin bacısı İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nın Bərdə ofisindən bildiriblər ki, hələlik girovların şəkillərinin ailələrinə çatdırılması barədə danışıqlar gedir.

Eyni zamanda Şahbaz Quliyevə çatdırılması üçün ailə üzvlərinin şəkilləri istənilib. BQXK-nın Bərdə ofisindən onu da bildiriblər ki, girovlarla bir də sentyabr ayında görüş təşkil ediləcək. 

Ailənin cavab məktubu da o vaxt girovların çatdırılacaq.

Şahbaz Quliyevin məktubundan bir hissəni nəzərinizə çatdırırıq: 

"Salam bacılarım və qardaşlarım. Mənim vəziyyətim yaxşıdır. Hamıya məndən salam deyin. Nənəmə və Elzaya salam. Qardaşınız Şahbaz". 







Google+ WhatsApp ok.ru