`Məzhəblərin Yaxınlaşması Təşkilatı`nın 5-ci illik toplantısı Alman mediası tərəfindən xüsusi maraqla qarşılandı

Almaniyanın "İslami Məzhəblərin Yaxınlaşması" (Təqrib) təşkilatının "ekstremizm; İslam və ictimaiyyət üçün əsas problem" adı ilə Hamburqun İslam Mərkəzində keçirilən 5-ci illik toplantısı ölkə mediası tərəfindən xüsusi maraqla qarşılandı.
 
Maide.az İQNA-ya istinadən xəbər verir ki, Almaniyanın "İslami Məzhəblərin Yaxınlaşması" (Təqrib) təşkilatı özünün 5-ci illik toplantısını həftənin şənbə günü, 10 yanvar 2015-ci il tarixində, İslam Peyğəmbərinin (s) doğum günü və "vəhdət" həftəsi ərəfəsində  "ekstremizm; İslam və ictimaiyyət üçün əsas problem" adı ilə Hamburqun İslam Mərkəzinin həmkarlığı ilə həmin mərkəzin toplantı salonunda keçirib.
 
Bu toplantı Fransadakı son terror hadisələrinə görə daha çox həssaslıq daşıyırdı və buna görə də ZDF, NDR, Almaniyanın 1-ci kanalı və sair KİV-lərin, həmçinin ümumi cəmiyyətin xüsusi marağı ilə qarşılanıb.
 
Toplantıda Hamburqun İslami Mərkəzinin müdiri və imam camaat, ayətullah Dr. Ramazani, Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının rəisi Ayman Mazik, Hamburq Müsəlmanlar Şurasının rəisi Mustafa Yoldaş, Hamburq Universitetinin İslamşünaslıq Kafedrasının rəisi Kətayun Əmirpur, Munestir Universitetinin nümayəndəsi Əli Qəndur, Berlin Universitetinin nümayəndəsi Yasmin Şumən, London Universitetinin nümayəndəsi Anderya Selinski, Almaniya Şiələr Birliyinin rəisi Ünal Qaymaqçı və digər ictimai nüfuzlu şəxlər çıxış ediblər.
 
 

Google+ WhatsApp ok.ru