Müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilə bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan konsepsiya layihəsinə rəy verib.
 
Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov məlumat verib. 
 
Şöbə müdiri bildirib ki, Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırlanmış konsepsiya layihəsinə Komissiyanın verdiyi rəy Nazirlər Kabinetinə təqdim olunub: “Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı cənab prezidentin göstərişi var. Bununla da bağlı, artıq dediyim kimi, bizim Komissiyanın konsepsiya layihəsinə verdiyi rəy Nazirlər Kabinetinə təqdim edilib. Bu məsələyə Nazirlər Kabineti tərəfindən baxılıb müvafiq qərar veriləcək”./

Google+ WhatsApp ok.ru