Məscidə qoyulan “Azercell” antenası narazılıq yaradıb

“Suraxanı rayonu, Əmircan qəsəbəsindəki məsciddə  “Azercell Telekom”un antenası quraşdırılıb. Kənd sakinləri isə bundan narazılıq edir”.
 
Bunu virtualaz.org saytına açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
 
Hüquq müdafiəçisi bildirib ki, bu məsələni Əmircan qəsəbəsində sakinlərlə görüşdə qaldırıblar: “Sakinlər antenanın məsciddə quraşdırılmasından narazıdır. Amma əmircanlıların problemləri bununla bitmir”.
 
Əmircan məscidindən də deyilənləri təsdiqlədilər: “Antena günbəzdə deyil, başqa yerdə quraşdırılıb. Amma məscidin ərazisində qoyulub”. /
 

Google+ WhatsApp ok.ru