Mərkəzi Bankdan — Manat açıqlaması 28 Dekabr 2015 02:00 Ölkə «Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı istirahət günlərində - dekabrın 26-27-də yayılmış şayiələrin əsası yoxdur». Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan verilən açıqlamada bildirilir. Qeyd olunur ki, üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsiri altında formalaşır. Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur. Bu il dekabrın 21-də Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçib. / Teqlər : #Mərkəzi Bankdan — Manat açıqlaması, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılacaq Azərbaycan orta aylıq əməkhaqqına görə Ermənistandan da geri qalır