Məscid; Amerikada xristianların ibadət yeri!

 
Amerikanın Miçiqan ştatının Lensinq şəhərində müsəlmanlar  "Unitarian UniversalisT" kilsəsində tikinti işləri getdiyi üçün onların məsciddə ibadət etməsinə şərait yaradıblar. 
Maide.Az xəbər verir ki, kilsənin keşişi deyib ki, bu müsəlmanlar və xristianlar arasında gözəl əlaqə və sevimli bir  dastandır.  
Lensinq şəhər İslami Cəmiyyəti  xristianları  kilsənin tikintisi bitənədək  məsciddə ibadət üçün  dəvət edib. Xristanlar  mart ayının  ortalarından hər  həftənin  bazar  günü  öz dini ayinlərini  məsciddə  yerinə yetirirlər. 
Gələn ay kilsənin tikintisinin başa çatacağı bildirilir. 
 

Google+ WhatsApp ok.ru