`Məmurlar müavinətin 6 ayını ananın əlindən alır`

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun nümayəndələri mayın 13-də Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində ölkədəki durumla bağlı mətbuat konfransı keçiriblər.
 
Turan-ın xəbərinə görə, mətbuat konfransında icra və məhkəmə hakimiyyətləri ciddi tənqid olunub.
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu son vaxtlar icra qurumlarının fəaliyyəti ilə bağlı çoxsaylı şikayət məktubları aldıqlarını bildirib:  “Sosial vəziyyətdən polisin vətəndaşla rəftarına qədər geniş spektrlə bağlı şikayətlər alırıq. Vətəndaşlar yuxarı instansiyalarda problemlərinin həll olunduğunu, amma bütün biabırçılıqların rayonlar səviyyəsində baş verdiyini deyirlər. Rayon səviyyəsində bir kiçik məsələni belə həll etməyin mümkünsüz olduğunu bildirirlər”
 
Hüquq müdafiəçisi qeyd edib ki, ölkədə bütün diqqət siyasi məhbus məsələsinə yönəlib. Sıravi vətəndaşların problemləri yaddan çıxıb:
 
“Biz siyasi məhbus məsələsini gözardı etmirik. Siyasi məhbus məsələsi daim diqqət mərkəzindədir, bu, bir kateqoriyadır. Amma haqsızlığa məruz qalan insanların geniş hissəsi deyil. Sıravi vətəndaşların problemləri isə diqqəti cəlb etmədiyindən minlərlə insanın hansı haqsızlıqlara məruz qalması qeydə belə alınmır”.
 
N. Cəfəroğlu qeyd edib ki, Sosial Müdafiə Fondu ilə bağlı şikayətlər var. Təkbaşına övladını böyüdən anaya verilən müavinətin 6 ayını sosial müdafiə qurumlarının əməkdaşları insanların əllərindən alır. Yalnız 6 ayın pulunu ailəyə verirlər.
 
Hüquq müdafiəçisi səhiyyə sistemində qiymətlərin baha olmasına da toxunub.
 
“Özəl klinikalarda hər-hansı cərrahiyyə əməliyyatı ilə bağlı elə qiymətlər deyirlər ki, hazırda Azərbaycanda barmaq qədər sayılan insan həmin vəsaitlərə sahib ola bilər. O zaman sual yaranır ki, qalan insanlar nə etməldir? Ölümü gözləməlidir?”
 
Hüquq müdafiəçisi polis sistemindən də şikayətini dilə gətirib.
 
“Vətəndaş polisə düşür döyülür, təhqirə, alçaldılmağa məruz qoyulur” - deyən N.Cəfəroğlunun fikrincə, geniş islahatlar sistemi olmadan hər-hansı irəliləyişə nail olmaq mümkün deyil.
 
Toplantıda QHT-lərin durumu da müzakirə obyekti olub. N.Cəfəroğlu deyib ki, QHT-lər maiddi və fəlaiyyət baxımından pis duruma düşüblər:
 
“Donorlara ölkəyə gəlməyə imkan verilimir, fəaliyyət imkanları məhdudlaşdırılıb, QHT-lərin problemlərinin həlli görünmür” 
 
Ancaq Daxili İşlər Nazirilyi polis orqanlarında vətəndaşların döyülməsi ilə bağlı iddiaları qəti inkar edir.
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də vətəndaşlardan sosial müavinətlərin yarısının qanunsuz tutulması ilə bağlı şikayətləri bir qayda olaraq təkzib edir.(azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru