Məkkədə Həcərul Əsvəd (Qara daşı) öpmək üçün qadın saatı tətbiq edilə bilər

Məkkədə Həcərul Əsvəd (Qara daşı) öpmək üçün qadın saatı tətbiq edilə bilər

Məkkədə müəyyən saatlarda qadınlara Qara daşı öpməyə imkanı yaradılacaq. Bu təklifə alimlər şurası yanında İslam işləri üzrə komitəsi baxıb.
 
Maide.Az xəbər verir ki, müsəlman qadınları üçün üç ayrı vaxt ayıra bilər. Bu zaman ancaq qadınlar Qara daşı ziyarət edə biləcəklər.
 
Rənginin qara olması səbəbiylə "Həcərul-Əsvəd" (Qara Daş) deyə adlandırılan bu mübarək daş, Kəbənin şərq küncündə yerləşir. Qapıya yaxın bir yerdə yerləşdirilmişdir. Üç böyük və bir neçə dənə də kiçik parçadan təşkil olunub. Ətrafı gümüş bir halqa ilə örtülüdür. Bir başqa adı, "Ruhul-Əsvəd"dir. Bu mübarək daş, səmavi daşdır. /

Google+ WhatsApp ok.ru