Məhəmməd Mursinin oğlu  həbs olundu

Məhəmməd Mursinin oğlu həbs olundu

Misir polisi ölkənin sabiq prezidenti Məhəmməd Mursinin oğlunu həbs edib.
 
Maide.Az xəbər verir ki,  Usamə Mursinin vəkili Əbdül-Münəm  Əbdül-Məqsud deyib ki, polislər onu  Əz-Zaqaziq şəhərində öz evindən tutub aparıblar. 
 
Usamə Mursi  2013-cü ildə atasının devrilməsindən sonra yüzlərlə insanın ölümünə səbəb olan  etiraz aksiyalarının təşkilində ittiham olunur. 
 
Bildirilir ki, Usamə Mursinin məhkəməsi  şənbə günü keçiriləcək. 
 

Google+ WhatsApp ok.ru