Məşhəddə baş vermiş zəlzələ İmam Rzanın (ə) hərəminə heç bir ziyan vurmayıb - YENİLƏNİB 4

Məşhəddə baş vermiş zəlzələ İmam Rzanın (ə) hərəminə heç bir ziyan vurmayıb - YENİLƏNİB 4

(ilk xəbər bu gün 10:27 dərc edilib.) 
 
Müqəddəs Məşhəd şəhərində baş vermiş zəlzələ İmam Rzanın (ə) hərəminə heç bir ziyan vurmayıb.
 
 Maide.Az xəbər verir ki, bunu İran Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhüseyn Kulivənd deyib. 
 
O bildirib ki,  Müqəddəs ziyarətgahın  xidmətçilərinin qabaqlayıcı tədbirləri nəticəsində  İmamın hərəminə heç bir ziyan dəyməyib. 
 
P.Kulivənd  deyib ki, əldə olunan məlumata görə,  bəzi kəndlərdə  70 faiz dağıntılar baş verib. “Xəsarət alanların dəqiq sayı hələlik bilinmir və  zəlzələ geniş miqyasda baş verdiyi üçün  xəsarət alanların sayı arta bilər.  Məşhəd və Fəriman şəhərlərində bütün xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib.”
 
Qeyd edək ki, Xorasan Rəzəvi  əyalətində baş vermiş  zəlzələ nəticəsində indiyədək  1 nəfər həlak olub,  4 nəfər yaralanıb.   (tasnimnews)
 

 

Google+ WhatsApp ok.ru