Məhbəslərdə məhkum sıxlığı

Məhbəslərdə məhkum sıxlığı

"Exo" qəzeti cəzaçəkmə müəssisələrindəki məhbus sıxlığı barədə suallara hüquqşünas Elçin Qəmbərlə cavab axtarır. Yazı belə adlanır: "Azərbaycan zindanlarındakı məhkum olunmuşlar kimlərdir?".
 
"Azərbaycanda azadlıqdan məhrum olunmuşların saxlanması yerlərində şəxslərin sayı yüksək qalmaqda davam edir. Hökumət ölkədə kriminogen durumun yaxşılaşdırılması yönündə tədbirlər görməsi barədə bəyanatlar versə də, vəziyyət dəyişmir", - hüquqşünas E.Qəmbər durumu belə şərh edir.
 
Hüquqşünas bu məkanlarda vərəm, hepatit, sifilis xəstələri daşıyıcılarının az olmadığını, vərəm üzrə epidemik durumun da əlverişsiz olduğunu, xəstə məhbusların sağlam şəxslərlə bir kamerada saxlandıqlarını deyir. Buna səbəb kimi də həbsxanalarda məhbus sıxlığının həddən artıq olmasını göstərir.
 
E.Qəmbər son illər narkotiklə bağlı məhkum olunmuşların sayının kəskin artdığını da vurğulayır və hesab edir ki, bu istiqamətdə cəza siyasəti dəyişməlidir.
 
Hüquqşünasın qənaətincə, ölkədə təkrar cinayət törətmək səviyyəsi də yüksək olaraq qalmaqdadır. Keçmiş məhbuslar həyatlarını yenidən qurmaqda çətinlik çəkirlər, "dövlət orqanları onlara adaptasiyada kömək göstərmir, təkrar cinayət törətməyə məcbur qalırlar".
 
Müəllif sonda yazır ki, bu sahədə rəsmi yanaşmayla hüquq müdafiəçilərinin dəyərləndirmələri kəskin fərqlənir. O, Penitensiar Xidmətin rəis müavini Oktay Məmmədovun bir il öncəki açıqlamasını xatırladır. Rəis müavini bildirmişdi ki, amnistiya nəticəsində penitensiar müəssisələrdə saxlanılanların sayı 2015-ci illə müqayisədə 2106-cı ildə 3.2% azalıb. /

Google+ WhatsApp ok.ru