Məktəb xərcləri 10-15 faiz bahalaşıb

Məktəb xərcləri 10-15 faiz bahalaşıb

"Exo" qəzetində "Azərbaycanda məktəbə hazırlıq 10-15% baha başa gələcək" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif bildirir ki, yeni dərs ilinin başlanmasına az qalıb, artıq valideynlər məktəb hazırlıqlarına başlayıb:
"Uşağı məktəbə hazırlamaq üçün qələmdən dəftərə, idman geyiminə kimi çox şey almaq lazımdır, bu isə az vəsait tələb etmir. Bu il uşaqların məktəbə hazırlığı valideynlərə ən azı 330 manata başa gələcək. Bu isə məktəbli ləvazimatlarının qiymətində 10-15% bahalaşma deməkdir. Bu il birinci sinif şagirdlərinin sayı da artacaq. Yerli istehsal isə yerində sayır, idxal mallarının qiyməti isə daim dəyişir". Bunu isə ekspert Nəriman Ağayev bildirir.
 
Ekspert deyib ki, bazarda yerli məktəbli forması var, amma onun istehsalından ötrü parça, əsasən, Türkiyədən gətirilir. Odur ki, bunu tam şəkildə yerli istehsal nümunəsi saymaq olmaz.
 
N.Ağayev vurğulayıb ki, 330 manat ailə büdcəsində böyük puldur:
"Bəzi vətəndaşların aylıq gəliri 500 manatdır... Həm də məktəb hazırlığına daxil olan ləvazimatların idxal edilməsi əlavə bahalıq yaradır".
 
Ekspert deyib ki, tezliklə məktəb yarmarkaları fəaliyyətə başlayacaq, amma qiymətlər baha olacaq.
 
N.Ağayev vurğulayıb ki, idxaldan asılılıq aradan qaldırılmayıb. /

Google+ WhatsApp ok.ru