Məkkə və Mədinədə təhlükəsizliyi 17 min polis qoruyacaq 29 İyul 2019 10:36 Xəbərlər Səudiyyə Ərəbistanı Mülki Müdafiə Agentliyi Həcc mərazimi zamanı təhlükəsizliyin təmini məqsədilə layihə icra edir. Maide.Az “arabnews”a istinadla xəbər verir ki, Məkkə və Mədinə şəhərlərində icra olunacaq təhlükəsizlik layihəsinə 17 mindən çox polis qüvvəsi və 3 mindən çox xüsusi polis avtomobili cəlb olunub. Məlumata görə, Həcc ziyarəti mövsümündə zəvvarla xidmət etmək və təmizliyi təmin etmək üçün isə Məkkə və Mədinə şəhərlərində 23 min xidmət işçisi işə götürülüb ki, onlar növbə ilə 24 saat çalışacaqlar. Səudiyyə Ərəbistanın Pasport qeydiyyatı idarəsinin statistikasına görə, ötən il Həcc ziyarətinə qatılmaq üüçün digər ölkələrdən bu ölkəyə 1 milyon 750 min zəvvar səfər edib. Teqlər : #Məkkə,#və,#Mədinədə,#təhlükəsizliyi,#min,#polis,#qoruyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İqtisadçı: 'Məhsulların maya dəyəri artır' Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istəyib