Məktəblilər südlə təmin olunacaq – Yeni layihə

Məktəblilər südlə təmin olunacaq – Yeni layihə

Gələcək nəsillərin sağlam böyüməsini, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən ən vacib amil onların düzgün qidalanması ilə bağlıdır.
 
Maide.Az bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə "Sağlamlıq üçün süd için" adlı yeni pilot layihəyə start verəcək.
 
Layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulub. İlkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək layihə, daha sonra respublikamızın digər bölgələrində də reallaşdırılacaq. Pilot layihəyə hazırlıq tədbirləri zamanı AQTA mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər keçiriləcək.

Google+ WhatsApp ok.ru