Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibənin vaxtı açıqlanıb 30 Avqust 2019 12:35 Ölkə Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında komissiya üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək. Teqlər : #Müəllimlərin,#əlavə,#yerləşdirilməsi,#üzrə,#müsahibənin,#vaxtı,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ciddi xəstəlik yayılıb: Buraxılmış səhv kütləvi tələfata səbəb ola bilər Şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb