Məhsul bazarda satılmırsa iş yerlərinin ixtisarı zərurətə çevrilir'

Məhsul bazarda satılmırsa iş yerlərinin ixtisarı zərurətə çevrilir'

"Sfera.az" “Məhsul bazarda satılmırsa iş yerlərinin ixtisarı zərurətə çevrilir”sərlövhəli məqalədə iş yerlərinin ixtisara düşməsinin səbəbləri barədə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarovla söhbətləşir.

 
M.Bərxudarov iddia edir ki, böhran zamanı iş yerlərinin ixtisar edilməsi zərurətə dönür və bunun alternativi yoxdur. Onun fikrincə, hazırda koronavirus pandemiyası dünya iqtisadiyyatında böhranlı vəziyyət yaradıb: “Pandemiyanın yayılmasının qarşısını almaq üçün həyata keçirilən təcridolunma siyasəti nəticəsində istehsal məhdudlaşıb”.
 
M.Bərxudarov iddia edir ki, elə bir ölkə yoxdur ki, böhran ona toxunmamış olsun. “Sadəcə ölkələrin dünya iqtisadiyyatına inteqrasiya səviyyəsindən asılı olaraq, bu ziyanın miqyası dəyişə bilir. Yəni ən çox ziyan çəkənlər elə dünya iqtisadiyyatına ən çox inteqrasiya olunanlardır. Bu böhran, zənnimcə, hələ uzun müddət davam edəcək”.
 
M.Bərxudarova görə, əgər məhsul bazarda satılmırsa, onun istehsalına ehtiyac yoxdursa, həmin iş yerlərinin ixtisar edilməsi alternativi olmayan zərurətə çevrilir. Bu gün də görürük ki, ən çox ziyan çəkən xarici iqtisadi fəaliyyətlə məşğul olan iri korporasiyalardır... Lakin proses onlarla məhdudlaşmayacaq və zəncirvari olaraq miqyasca daha kiçik olan biznes subyektlərinə də sıçrayacaq”.
 
Deputat Vüqar Bayramov isə deyir ki, neft sektoru koronavirus pandemiyasının ən çox təsir göstərdiyi sahələrdən biridir.
 
Deputata görə, Azərbaycan Dövlət Neft Şirkəti hətta aşağı neft qiymətləri şəraitində belə işçi heyətini qoruyub saxlaya bilər, indiki halda işçilərin ixtisar edilməsi nə arzuolunan, nə də məqsədəuyğundur.

Google+ WhatsApp ok.ru