Maaşda dəyişiklik olacaq

Müəllimlər üçün differensial əməkhaqqı sistemi tətbiq oluna bilər

Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı hökumətə təkliflər verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Bakıda, demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak ediblər: "Bu, sınaq qiymətləndirmədən sonrakı mərhələdə olan proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal paylanmasından sonra təhsil sistemində fəaliyyət göstərən müəllimlərin əməkhaqqı məsələsinə aparan yoldur".

Nazir qeyd edib ki, növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə tədim ediləcək: "Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır"./

Google+ WhatsApp ok.ru