AVRO-2020-nin ilk finalçısı bu gün bəlli olacaq 06 İyul 2021 11:11 Xəbərlər Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək. Modern.az-ın məlumatına görə, bu mərhələnin hər iki oyunu İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək. İlk oyun günündə İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Avropa çempionatı Yarımfinal 23:00. İtaliya - İspaniya Baş hakim: Feliks Brix (Almaniya) London, "Uembli" stadionu Qeyd edək ki, yarımfinalın digər görüşündə sabah İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Teqlər : #AVRO2020nin,#ilk,#finalçısı,#gün,#bəlli,#olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar - SİYAHI 'Bu 6 ölkə AB-yə üzv olacaq' - Merkel