Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.az-ın Kitabxanasına 2 ədəd kitab əlavə olunub. Kitablardan biri  İslam tarixində tanınmış şəxsiyyətlərdən biri, Seyyidüş Şühəda Həmzəyə həsr olunubBu kitabda oxuyacaqlarınız İslamın rəşadətli sərkərdəsi, tövhid qoşununun güclü qolu, Allah Peyğəmbərinin (s) əmisi və vəfalı dostu həzrət Seyyidüş-şühəda («şəhidlər ağası») Həmzənin həyatına ötəri bir baxışdır. Bu şəxs ilk gündən Allah dinini himayə etdi və Ühüd döyüşündə şəhadət iftixarını qazandı. Digər kitab isə "Tarix və din bəhsləri" adlanır. Kitabda İslam müxalifətçiləri və istismarçılarının hər gün müxtəlif planlarla öz bədxah niyyətlərini həyata keçirməklə müxtəlif vasitələrlə və hansı yolla olursa-olsun İslamın və müsəlmanların tərəqqisinin qarşısını almağa çalışmasından bəhs olunur.

Google+ WhatsApp ok.ru