Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 4 ədəd kitab əlavə olunub. Kitablardan biri "Əbədi öyüd" (II cild) adlanır.  Kitab Həzrət Əli əleyhissəlamın öz oğlu İmam Həsənə (ə) vəsiyyətinin şərhi və əxlaq dərslərdən ibarətdir. Digər kitab "Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması" adlanır. Kitab eyni şəraitdə yaşayan ayrı-ayrı fərd və millətlərin arasından bir qrup şəxsin tez bir zamanda inkişaf mərhələlərini, birini digərinin arxasında qoyaraq yüksək tərəqqiyə nail olduğunun şahidi olunmasından və buna olan heyrətdən bəhs edir. Hansı ki, heç nəyin dərinliyinə getməyə adət etməyən şəxslər bu kimi hallarla qarşılaşdıqda dərhal bütün bunları ya «bəxt» və ya «təsadüf» adlandırır və həm təəssüf, həm də həsrətlə baxaraq, «Allah bəxtini açıb», «təsadüfə bir bax!», «Bu dünyada heç bir şey digər bir şeyin şərti deyilmiş?!» söləyirlər. Digər kitab isə "Fəsad sərçeşməsi" adlanır. Kitabda bəhs edilən mövzu müasir dünyanın ən böyük bəlalarından biri barədədir. İnsan öz şəxsiyyətini nə qədər alçaltsa, Şeytan  bir o qədər ona yaxınlaşar. Şərab və məstedici içkilər də insan şəxsiyyətini aşağı salan amillərdən biridir. Sonuncu kitab isə "Gənc ailələr üçün göstərişlər"dir. Müəllif uzun illər təlim-tərbiyə fəaliyyəti və çoxsaylı ailələrlə təmasdan belə bir gerçəkliyi dərk etmişdir ki, bir çox ailə problemlərinin səbəbi ər-arvad münasibətləri ilə bağlı həqiqətlərdən məlumatsızlıqdır.

 

 

Google+ WhatsApp ok.ru