Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 3 ədəd kitab əlavə olunub. Kitablardan biri "QURAN ELMLƏRİ İLƏ TANIŞLIQ" adlanır. Qurani-Kərim, birbaşa tükənməz elm mənbəyi, bütün varlıqların xaliqi Ulu Tanrının endirilmiş kəlamıdır. Bəşər olaraq söz sahibinin əzəmət və ali varlığını dərk etmək üçün cəhd etdiyimiz kimi, səadətimizin açarı olan bu müqəddəs kitabı da dərindən tanımaq və anlamaq üçün çalışmaq müsəlmanlığımızın tələbidir. Kitab bu yöndə fəaliyyət göstərənlər üçün gözəl yolgöstəricidir. 

Allahın Rəsulu buyurub: “Sizin ən yaxşınız Quranı öyrənib, başqalarına öyrədəndir”Təəssüflər olsun ki, qeyri ərəb müsəlmanların əksəriyyəti Qurani Kərimi hətta üzündən belə oxuya bilmirlər. Oxuya bilənlərin çoxu isə düz oxuya bilmirlər. Quranı düzgün oxuyanların böyük qismi onun mənasını anlamaqdan məhrumdurlar. Oxuduqlarınızın başa düşülməsində çətinlik çəkirsinizsə, onda əlavə etdiyimiz ikinci kitab "NƏBƏ SURƏSİ - TƏRCÜMƏ VƏ TƏFSİR" sizə yardımçı olacaq. 

Google+ WhatsApp ok.ru