Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 3 ədəd kitab əlavə olunub. Kitablardan biri "İNSAN QURANDA" adlanır. Kitabda göstərilir ki, insana yalnız iki ayaq üzərində yeriyən və nitqə malik olan bir varlıq deyildir. Quran insanın çox sirli və əsrarəngiz bir varlıq olduğunu bəyan edir. Burada biz insanın həm tərif və təşviq olunduğunun, həm də məzəmmətlənib danlandığının şahidi oluruq.
 
Digər kitab isə "CƏMİYYƏT VƏ TARİX" adlanır. Qeyd olunur ki, hər hansı bir ideoloji məktəbin cəmiyyət, bəşəriyyət və tarix haqqındakı anlayış və dünyagörüşü, həmin məktəbin ideologiyasının əsasını təşkil edir. Buna görə də islam ideologiyasını tanımaq üçün islamın, cəmiyyət və tarix haqqındakı baxış və əqidəsi aydınlaşmalıdır. 
 
Sonuncu kitab isə "ƏBƏDİ HƏYAT" adlanır. Bukitabda da qeyd edilir ki, İslam dünyagörüşü prinsiplərinin bir hissəsində dinə olan etiaqdın əsasını təşkil edən «əbədi həyata və ya axirət dünyasına» olan imandır. Axirət dünyasına iman gətirmək müsəlmançılığın əsas şərtlərindən biridir. Yəni axirət dünyasına iman gətirməyən şəxs müsəlman ümmətindən xaric olmuş hesab olunur.

Google+ WhatsApp ok.ru