Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 2 ədəd kitab əlavə olunub. Kitablardan biri Ayətullah Məkarim Şirazinin "BİZİM DİNİ ƏQİDƏMİZ" adlanır. Kitab İs­lam di­ninin ha­zır­kı əsr­də dün­ya xalq­la­rına nə de­di­yi­ni, nə ki­mi ye­ni­lik­lər bəxş et­di­yi­ni an­la­maq is­tə­yir. Be­lə bir əhə­miy­yət­li və həs­sas bir za­man­da bi­zim və­zi­fə­miz İs­la­mı ol­du­ğu ki­mi, sa­də iba­rə­lər­lə xal­qa çat­dır­maq, ol­duq­ca ali el­mi ter­min­lər və ba­şa dü­şül­mə­si çə­tin olan kəl­mə­lər­dən is­ti­fa­də et­mə­dən, İs­la­mı in­san­la­ra öy­rət­mək­dir. Digər kitab isə Seyid Əbül-Hüseyn Şərəfuddin Musəvinin "ƏL-MURACİAT" kitabıdır. Müəllif qeyd edir ki, kitabda yazılanlar yeni fikirlər deyil, iyirmi beş il bundan əvvəlin yazılarıdır. Bu gün parladığı kimi, elə o günlərdə mətbuatda parlamalı idi. Lakin bir sıra çətinliklər və böyük maneələr yolunun üstündə yaratdılar. Buna görə də müvəqqəti gözlərdən gizləndi. Lakin zamanın qəflətindən istifadə etməyə çalışırdı, pərakəndəliyini toplamaq və nöqsanlarını təkmilləşdirmək üçün, fürsət axtarırdı. Çünki hadisələr onun nəşrini təxirə saldığı kimi, sahmanını da pozmuşdu.

Google+ WhatsApp ok.ru