Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın "KİTABXANA"sına 6 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Ayətullah Xomeyninin "AŞURA QİYAMI" kitabıdır. Kitabda qeyd edilir ki, İslamı indiyə kimi, bizim burada əyləşdiyimiz zamana kimi Seyyidüş-şühəda (İmam Hüseyn) diri saxlamışdır. Seyyidüş-şühəda (ə) hər nəyini, bütün gənclərini, mal-dövlətini, varı olan hər nəyini (mal-dövləti ki, yox idi), səhabələrdən, cavanlardan nəyi vardırsa, Allah yolunda verdi. İslamı gücləndirmək və zülm ilə müxalif olduğunu göstərmək üçün qiyam etdi.
 
Digər kitab Əhməd Sabir Həmədaninin İmam Mehdi (əc) barədə hədislərdən bəhs edən "İMAM HÜSEYN (Ə) HƏZRƏT MEHDİ (Ə.F) HAQQINDA" adlanır. Müəllif yazır: "İmam Mehdi (ə.f.) barəsindəki hədisləri toplayarkən mənə aydın oldu ki, onun haqqında ən çox hədislər İmam Hüseynə (ə) məxsusdur. Həzrət İmam Hüseyn (ə)-ın mövzudakı hədisləri babası Həzrət Mühəmmədin (s) və atası Həzrət Əlinin (ə) söylədiklərindən belə çoxdur."
 
Dilavər Əzimlinin "İRAN İSLAM İNQİLABI" kitabında qeyd edilir ki, İran İslam inqilabı XX əsrin son onilliklərində Yaxın Şərqdə baş verən ən mühüm hadisələrdən biridir. İnqilab İranın II Dünya müharibəsindən sonra ictimai-siyasi və sosial həyatının təzahürlərinin nəticəsi idi. Onun nəticəsində 2500 ildən bəri ölkədə hakimi-mütləq olan monarxiya sistemi devrildi və İran İslam Respublikası elan edildi.
 
Digər kitab "MƏNFİ VƏ MÜSBƏT MİLLƏTÇİLİK" adlanır. Müəllim yazır ki, nasionalizm və millətçilik məsələsi iki son əsrlərdə dillərə düşümüş məsələlərdəndir və onun xüsusunda bir çox kitablar, məqalələr yazılıb nitq söylənmişdir. Burada məqsədimiz Əllamə Təbətabainin baxışını İslam və Quran nəzərini bəyan etməkdir. Nasionalizm həm müsbət və yaradıcı və həm də pozucu və viran edici ola bilən iki ağızlı bir qılıncdır.
 
"İSLAMDA HİCAB" kitabı adından da göründüyü kimi qadınların hicabından bəhs edir. Böyük Allahdan ümüdümüz budur ki, dünyada qadınlar (xanımlar) islam dininin əzəmətli, ali olan təlimlərindən bəhrələnib öz azadlıqlarını böyük vüqarla əldə edə bilsinlər. Cəmiyyətin xoşbəxtlik və bədbəxtçiliyi qadınların (xanımların) vücudundadır.
 
Əlavə etdiyimiz sonuncu kitab "İBADƏTLƏRİN HİKMƏTİ" adlanır. Bildirilir ki, varlıq aləmində mövcud olan hər bir vücud öz səbəbinin (yaradanının)quludur,yaradılışında və davamlılığında ona tabedir,zatında,sifətlərində və əməllərində öz səbəbinin əmrlərini icra edir.Belə bir səbəb-nəticə bağlılığında heç cür ayrılıq mümkün deyil. Nə səbəb öz şərafət və feyz bəxşişini əsirgəyər,nə də bu səbəbin nəticəsi öz tabeçiliyindən və itaətindən qalır.

Google+ WhatsApp ok.ru