Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 4 ədəd kitab əlavə olunub. Kitablardan biri "İslamda ailə" adlanır. Adından da görndüyü kimi kiatbda İslam dinin ailəyə verdiyi dəyərlərdən bəhs edilir. Şübhəsiz ki, müqəddəs İslam dinində ailə qurmaq və onunla bağlı məsələlərin əhəmiyyəti sübuta ehtiyacı olmayacaq qədər aydındır. Məhz bu əhəmiyyət cənab Haqqın Quranda, məsum öndərlərin hədislərində (sünnətdə), görkəmli alim və şərhçilərin bu mövzuda (İslamda ailə quruluşu mövzusunda) son sözü demələrinə səbəb olmuşdur. Yaşadığımız dövrdə ailə quruluşunda meydana gələn büdrəmələr, onun zəruri prinsip və dəyərlərinə etinasızlıq həyatın sütunlarını sarsıdaraq, müasir dövrün əlacı olmayan “özünə biganəlik” xəstəliyinə yol açan “insana biganəlik” adına layiq görülməsinə gətirib çıxarmışdır.

Digər kitab "İslam və Qərb mədəniyyəti"dir. Bu kitabda bəşəriyyəti hər gün yeni-yeni üfüqlərlə tanış edən, zahiri bərli-bəzəkli görünən «mədəni dünya»mız artıq, həyat gerçəkliklərindən kənara çıxıb, iqtisadiyyat və maddiyyata əsaslanan öz məntiqi ilə insani dəyərlərin mahiyyətindən danışılır. Bildirilir ki, xalqın mənəvi və ideoloji inkişafının keyfiyyəti onu əbədiyyət aləmindən xəbərsiz edir. Daxili xüsusiyyətləri əsasında gözünü mənəvi dünyaya dikən insan, diqqətini yalnız maddi aləmə yönəldir və təbiətin qeyri-maddi cəhətini habelə, səmavi həqiqətləri xəyali məfhumlarla əvəz edir. 

Kitabxanamıza əlavə olunan digər kitab "İslamda əxlaq" adlanır. Şübhəsizbütün insanlar xoşbəxtliyi sevir və arzulayırlar. Bu böyük səadətə nail olmaq üçün nəfsin saflaşdırılıb tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri  uzaqlaşdırıb, bəyənilmiş keyfiyyətləri özündə yaratmaq gözəl bir xüsusiyyətdir. Təqdim etdiyimiz kitabda bu yola işıq salır.

Təqdim etdiyimiz sonuncu kitab "İnsan və iman" adlanır. Bildirilir ki, insan bir növ canlı olduğundan başqa canlılarla oxşar xüsusiyyətə malikdir. Amma bir sıra fərqli cəhətlər insanı digər canlılardan ayıraraq, ona üstünlük və ülvülük bəxş etmiş və kainatda rəqibsiz etmişdir. İnsanın sair canlılarla başlıca fərqi “insanlıq” meyarı, eləcə də mədəniyyət və sivilizasiyanın mənşəyi olması e`tibarı ilə iki nahiyədə öz əksini tapır: 1) Baxışlar, 2) Meyllər. Ümumiyyətlə bütün canlılar özünü və obyektiv aləmi dərk etmək (və öz tutumu qədər ondan xəbərdar olmaq) qabiliyyətinə malikdirlər. Məhz bu məlumat və idrak sayəsində öz istəklərinə çatmaq üçün cəhd göstərirlər.

Google+ WhatsApp ok.ru