Malayziyada əhali dövlətin xarici borclarını ödəmək üçün kampaniya keçirir

Malayziyada əhali dövlətin xarici borclarını ödəmək üçün kampaniya keçirir

Malayziya xalqı ölkənin artan borclarının bir hissəsini ödəmək üçün kampaniyaya start verib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Malayziya Ümid Fondu 47 milyon dollar toplandığını açıqlayıb.
 
Kampaniya 31 dekabra qədər davam edəcək.
 
Qeyd edək ki, ölkənin sabiq baş naziri Nəcib Razaqın dövründən 252 milyard dollar borcu var.
 

Google+ WhatsApp ok.ru