Malaziyada keçirilən beynəlxalq festivalda Quranın unikal nüsxələri nümayiş etdirəcək

Malaziyada keçirilən “İslam mədəniyəti və İncəsənədti” adlı beynəlxalq festival İslam dünyasının xəzinələrinin təqdimatı ilə 29-31 oktyabrda Malaziyanın paytaxtı Kualalampurda keçiriləcək.
Maide.az xəbər verir ki, festival İslam xəttatlıq, foto, islami geyim sərgiləri kompleksindən və dünyanın hər yerindən Quran nümunələrinin təqdimatından ibarət olacaq.
Həmçinin, Festivalın “Quran səhifələri” sərgisində Malaziyadan və Malaya yarımadasından toplanan əlyazıları nüsxələri və əl işi olan Qurani-Kərim təqdim ediləcək və bu nüsxələrdəm bəziləri çox qədimdir.
Osmanlı İmperiyası dövrünə aid Məkkə və Mədinə şəhərlərinin unikal fotolarından ibarət  sərgi bu festivalın bir hissəsidir ki “İki müqəddəs Hərəm” adlı sərgi İslam Əməkdaşlıq Təşkilatının nəzdində İslam Mədəniyyəti, İncəsənət və Tarix Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulur.
Festivalın keçiriləcəyi yerin mərkəzi hissəsində yarmarka da təşkil olunacaq. Bu yarmarkada islam ölkələrinin, o cümlədən, İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Küveyt, Əlcəzair, İndoneziya, Tunis və Malaziya istehsalı olan məhsulların təqdimatı keçiriləcək. /
 

Google+ WhatsApp ok.ru