Mali prezidenti İbrahim Bubarar Keyta istefa etdi

Mali prezidenti İbrahim Bubarar Keyta istefa etdi

Malinin prezidenti İbrahim Bubakar Keyta istefa verdiyini bəyan edib.
 
Maide.Az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Keyta Mali televiziyasındakı çıxışında bildirib.  
.
"Uzun illərdəki dəstəyinə və isti duyğularına görə Mali xalqına təşəkkür etmək və bu andan etibarən istefa qərarım haqqında məlumat vermək istəyirəm. Bütün qanuni nəticələrlə Milli Assambleya (bir palatalı parlament) və hökumət buraxılır", - B.Keyta deyib.
 
Onun sözlərinə görə, o hakimiyyətdə saxlamnılması üçün "qan tökülməsini" istəmir.
 
 
Xatırladaq ki, Bubakar Keyta 2013-cü ildən prezident vəzifəsini icra edirdi.
 
Qeyd edək ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Camaranın rəhbərlik etdiyi Milli Qvardiya əsgərlərinin nəzarəti altındadır. Paytaxt Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.
 
Qiyamçılar paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keytanı və Baş nazir Bubu Sisseni həbs etdiklərini açıqlamışdılar.
 
Artıq BMT Təhlükəsizlik Şurası hərbi çevrilişin baş verdiyi Malidəki vəziyyətlə əlaqədar təcili iclas keçirəcək.
 

 

Google+ WhatsApp ok.ru