İmam Həsən Əskəri (ə): Zalımların Əhli-beytlə (ə) düşmənçiliyinin iki səbəbi

İmam Həsən Əskəri (ə): Zalımların Əhli-beytlə (ə) düşmənçiliyinin iki səbəbi

İmam Həsən Əskəri (ə) buyurmuşdur:
 
قَد وَضَعَ بَنو اُمَيَّةَ وبَنُو العَبّاسِ سُيوفَهُم عَلَينا لِعِلَّتَينِ، إحداهُما: أنَّهُم كانوا يَعلَمونَ أنَّهُ لَيسَ لَهُم فِي الخِلافَةِ حَقٌّ، فَيَخافونَ مِنِ ادِّعائِنا إيّاها وتَستَقِرُّ في مَركَزِها. وثانيهِما: أنَّهُم قَد وَقَفوا مِنَ الأَخبارِ المُتَواتِرَةِ عَلى أنَّ زَوالَ مُلكِ الجَبابِرَةِ وَالظَّلَمَةِ عَلى يَدِ القائِمِ مِنّا، وكانوا لا يَشُكّونَ أنَّهُم مِنَ الجَبابِرَةِ وَالظَّلَمَةِ، فَسَعَوا في قَتلِ أهلِ بَيتِ رَسولِ اللّهِ (ص) وإبادَةِ نَسلِهِ، طَمَعًا مِنهُم فِي الوُصولِ إلى مَنعِ تَوَلُّدِ القائِمِ عَجَّلَ اللّهُ فَرَجَهُ، أو قَتلِهِ، فَأَبَى اللّهُ أن يَكشِفَ أمرَهُ لِواحِدٍ مِنهُم، إلاّ أن يُتِمَّ نورَهُ ولَو كَرِهَ الكافِرونَ
 
“Əməvi və Abbasi sülalələri iki səbəbə görə qılınclarını əleyhimizə qaldırıb, qətlimizə başladılar:
 
Birincisi, onlar yaxşı bilirdilər ki, xilafət onların haqqı deyil. Ona görə də qorxdular ki, biz xilafət iddiasına düşüb, onu yerinə qaytaraq.
 
İkincisi, mövcud “mütəvatir” hədislərdən başa düşürdülər ki, hər hansı qəddar və zalım quruluş Qaimimizin (İmam Məhdinin (ə.c.)) əli ilə məhv olacaq və özlərinin qəddar və zalım olduqlarına şəkk etmirdilər. Buna görə də, Peyğəmbərin (s) Əhli-beytini öldürməklə nəslini məhv etməyə çalışır, bununla da Qaimin (ə.c.) təvəllüdünə mane olacağını düşünürdülər. Lakin Allah bu əmri (Qaimin zühurunu) onlardan birinə belə aşkar etməyəcək ki, “Öz nurunu kamil başa yetirsin, hərçənd, kafirlərin xoşuna gəlməsə də!” (“İsbatul-hüda”, c.3, səh.570, hədis 685.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru