İmam Hüseyn (ə) zəvvarları üçün qonaq evləri kompleksi istifadəyə veriləcək -FOTO

İmam Hüseyn (ə) zəvvarları üçün “Seyyid-ül-Övsiya” qonaq evləri kompleksi yaxın gələcəkdə istifadəyə veriləcək. 
Maide.az xəbər verir ki, bu yaşayış kompleksi Bağdad-Kərbəla yolunda tikilir. 70 min kvadrat metr ərazidə tikilin kompleksdə zəvvarların istirahəti üçün qonaq evləri, 1000 nəfərlik iki mərtəbəli məscid tikilir. 
“Seyyid-ül-Övsiya” qonaq evləri kompleks layihəsinin icraçı direktoru Casim Məhəmməd Casim deyib ki, bu kompleksdə 11 istirahət mərkəzi, bir neçə yaşayış evi, sağlamlıq mərkəzi, su təmizləmə mərkəzi və restoranlar var.
Kompleksin tikintisində modern texnologiyalardan istifadə olunub. Kompleksin təhlükəsizliyinin təmini üçün təhlükəsizlik kameraları quraşdırılıb. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru