İmam Hüseyn (ə) hərəminin genişləndirilməsi layihəsinin icrasına başlanıldı

Kərbəla qəhrəmanı  xanım Zeynəb  (s.ə) mövludu  münasibəti ilə ötən gün  İmam Hüseyn (ə) hərəminin genişləndirilməsi layihəsinin icrasına başlanılıb. 
 
Maide.az xəbər verir ki, ötən gün  hərəmin ətrafında Əqileye Bəni  Haşem (ə) eyvanının tikintisinin yeni fazasını təməli qoyulub. Təməl qoyma mərasimində İraq və İrandan rəsmilər iştirak edib. 
 
Aşura və Ərbəin günlərində Kərbəlada zəvvarların sayının  çox olmasını nəzərə alaraq  İmam Hüseyn (ə) hərəminin genişlənidirilməsi layihəsinin icrası zərurətini yaradıb. Layihənin icrası ilə hərəmin ətrafında  4 eyvan tikilməlidir. Əqileye Bəni  Haşem (ə) eyvanı, İmam Hüseyn (ə) eyvanı, İmam Rza (ə) eyvanı və Came eyvanı tikiləcək.  Ötən gün  160 min kvadrat metr ölçüsü olan Əqileye Bəni  Haşem (ə) eyvanın yeni fazasının tikintisinə başlanılıb. /
 
 

Google+ WhatsApp ok.ru