'İmam Hüseynin (ə) südəmər körpələri' ayini keçirilib

'İmam Hüseynin (ə) südəmər körpələri' ayini keçirilib

“İmam Hüseynin (ə) südəmər körpələri” adlı ayin  bu il İranda 50 məscid və hüseyniyədə simvolik olaraq təşkil olunub və  televiziya vasitəsilə  canlı yayımlanıb.  
 
Maide.Az xəbər verir ki, bunu Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının katibi Davud Mənafipur deyib. 
 
Onun sözlərinə görə, mərasim  Məhərrəm ayının  ilk cümə günü səhər saat 10-da başlayıb və canlı yayım vasitəsilə  ölkənin hər bir yerində  südəmər körpəsi olan vaildeynlər  mərasimi izləyib. Mərasim saat 11-də başa çatıb. 
 
Qeyd edək ki, "İmam Hüseynin südəmər körpələri" ayini hər il İranın müxtəlif şəhərlərində  on minlərlə qadın və onların südəmər körpələrinin iştirakı ilə və izdihamlı şəkildə qeyd edilirdi.
 
Bildirək ki, sözügedən ayin dünyanın 45 ölkəsində o cümlədən Azərbaycanın bəzi bölgələrində, İraq və Əfqanıstanda da İmam Hüseynin Kərbəlada şəhid edilən ən az yaşlı övladı 6 aylıq Əli-Əsğərin anımı münasibətilə keçirilir.
 

 

Google+ WhatsApp ok.ru