İMAM RZANIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ 07 Noyabr 2018 18:47 İslam tarixi və məsumların davranışı 08 noyabr İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayında anadan olmuşdur. O həzrətin adı Əli, künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) şəhadət tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində şəhid edildiyini qeyd etmişlər. Hansı ayda şəhid olunduğuna gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında şəhid edildiyini söyləmişlər. Növbəxti o həzrətin şəhadət gününü Səfər ayının sonuncu günü qeyd etmişdir. O həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə getmiş və nəhayət 203-cü ilin Səfər ayında 55 yaşında ikən, xəlifə Məmunun əli ilə şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir. Rza Şükürlü (Maide.Az) Teqlər : #İMAM,#RZANIN,#(Ə),#HƏYATINA,#QISA,#BİR,#BAXIŞ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ İMAM RZANIN (Ə) KƏLAMINDA MÖMİNİN ÜÇ GÖZƏL XİSLƏTİ