Manat qıtlığının səbəbləri

Manat qıtlığının səbəbləri

«Novoye Vremya» qəzetində «Ölkədə manat qıtlığı müşahidə edilir» sərlövhəli məqalə oxumaq olar. Yazıda manatın qıtlığının səbəbləri barədə ekspert Natiq Cəfərlinin düşüncələrinə yer verilir.
 
Müəllif yazır ki, ölkədə manat qıtlığı yaşanması haqda xəbərlər cəmiyyətdə yüngül şok yaradıb.
 
Yazıda daha sonra isə parlamentin komitə sədri Ziyad Səmədzadənin ölkədə pul qıtlığı yaranması və bunun narahatlıq doğurması haqda fikirləri yada salınır: «Biz monitorinqlər aparmalı, bankların sağlamlaşdırılmasını həyata keçirməliyik. Pul qıtlığı yaranıb, bununla bağlı çoxsaylı müraciətlər alırıq, bu, çox ciddi problemdir. Çünki pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq artmayacaq», –deyə komitə sədri bildirmişdi.
 
İqtisadçı-ekspert N.Cəfərli isə düşünür ki, bu problem təsadüfən meydana çıxmayıb. Bu, məhz ölkədə yürüdülən maliyyə-pul siyasətidir.
 
N.Cəfərli hesab edir ki, bu ilin yanvarından Mərkəzi Bank manat kütləsini dövriyyədən yığışdırmaqdan ötrü intensiv səylər göstərir: «Bunun üçün Mərkəzi Bank həftəlik hərraclar keçirir və yüksək faizlər hesabına (14 faizə yaxın) manatı dövriyyədən çıxararaq, öz əlində cəmləşdirir. Bundan əlavə, əgər büdcə xərclərinin strukturuna baxsaq görərik ki, büdcə xərcləri üçün nəzərdə tutulan vəsaitlər hələ tam şəkildə dövriyyəyə daxil olmayıb».
 
Yazıda vurğulanır ki, bu siyasət ölkədə iqtisadi fəallığa ciddi zərbədir. Hökumət dolların məzənnəsini aşağı salmaqdan ötrü manat qıtlığı yaradıb. /

Google+ WhatsApp ok.ru