Marşrut sürücüləri plan verməyəcək - Rəsmi

“Bakubus”ın avtobuslarının hamısında artıq kart sistemi tam tətbiq edilir. Köhnə avtobuslar da kart sistemi ilə işə başlayandan sonra sürücülərin hamısı maaş alacaq və plan vermək məsələsi aradan qalxacaq.  

Maide.az xəbər verir ki,  bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Nazirlik sözçüsü Lent.az-a bildirib ki, hazırda Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının yarıdan çoxunda kart sistemi üçün lazım olan aparatlar quraşdırılıb:

  “Lakin kart sisteminə tam keçilməyib deyə, hələ aktivləşdirilməyib. Artıq 1000-dən çox avtobusa bu aparatlar yerləşdirilib.   Sürücülərə verilən maaşların miqdarını isə biz yox, sahibkarlar özləri müəyyənləşdirəcək. Çünki sürücüləri Nəqliyyat Nazirliyi yox, marşrut sahibləri işə götürür.

Kart sisteminə keçidin bu ilin sonuna qədər yekunlaşdırilması nəzərdə tutulur. Prosesin gecikməsinə səbəb Bakı və Bakı ətrafı ərazilərdə 2800-dən artıq avtobusun fəaliyyət göstərməsidir”.  /

Google+ WhatsApp ok.ru