Marsda UNO-nun qalıqları tapılıb

Marsda UNO-nun qalıqları tapılıb

 
Amerika ufoloqları Marsda teleskop vasitəsilə naməlum uçan gəmi qalıqları aşkarlayıblar.
 
“Vista News” saytına istinadla xəbər verilir ki, mütəxəssislər əldə edilən fotoşəkillərə əsasən obyektin yadplanetlilərə aid olduğu qənaətindədirlər. Onların fikrincə, qalıqlar qeyri-təbii mənşəlidir. Alimlər bu tapıntının kosmik idrakın varlığını təsdiqlədiyini bildiriblər.
 
NASA mütəxəssisləri isə naməlum obyektin yadplanetli sivilizasiyanın mövcudluğunu sübut etmədiyini düşünürlər. Onlar tapıntının planetin landşaft xüsusiyyəti olduğunu hesab edirlər. (azərtac) /

Google+ WhatsApp ok.ru